• +994 12 310 34 69
  • office@globaltranslationsgroup.com

Xidmətlərimiz

Ardıcıl tərcümə

Ardıcıl tərcümədə dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1-5 dəqiqədən bir(hər paraqrafın və ya fikrin sonunda) fasilə verir,mətnin tərcüməsi üçün şərait yaradır.

Sinxron tərcümə

Şifahi tərcümənin iki formasından biri də sinxron tərcümədir ki, bu da məxəz nitqlə eyni vaxtda həyata keçirilir. Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir.

Pıçıltılı tərcümə

Pıçıltılı tərcümə növündən adətən tədbirlərdə hədəf dildə danışan xarici nümayəndələrin sayının az olduğu hallarda istifadə edilir. Pıçıltılı tərcümə zamanı dilmanc xarici nümayəndənin yanında oturub eşitdiklərini onun qulağına elə tərzdə pıçıldayır ki, tərcüməni yalnız ehtiyacı olan bu şəxs eşidir, digər nümayəndələrə isə maneçilik törətmir.

İşarə dilində tərcümə

“İşarə dili” dedikdə eşitmə qüsuru olan adamların ünsiyyət vasitəsi kimi istifadə etdiyi jest, mimika və əl-qol-bədən hərəkətlərindən ibarət işarə sistemi nəzərdə tutulur. Bu işarələr həm eşitmə qüsuru olan adamlar arasında, həm də onlarla ünsiyyətdə olan normal eşitmə qabiliyyəti olan insanlar arasında işlənir.

Xidmətlərimiz

İqtisadi
  • Maliyyə
  • İqtisadiyyat
  • Konsaltinq
  • Ekonometrika
  • Audit
  • Bank
Nəqliyyat
  • Aviasiya
  • Gəmiçilik
  • Nəqliyyat
  • Okeanologiya
  • Avtomobil İstehsalı
  • Dəmiryolu
Marketinq
  • Vebsayt
  • Reklam
  • Lokalizasiya
  • Biznes
  • Marketinq
  • Media
Elmi
  • Akademik
  • Təhsil
  • Tədqiqat
  • Riyaziyyat və Məntiq
Neft-Qaz sənayesi
  • Neft və Qaz
  • Mədənçıxarma
  • Plastik Kütlələr və Onların Emalı Texnologiyası
  • Polimer Materiallar
  • İstehsal
Tibbi
  • Genetika
  • Klinika
  • Farmakologiya
  • Əczaçılıq
  • Kosmetika və Parfümeriya
  • Psixologiya

Haqqımızda

Global Translations MMC olaraq 4 illik fəaliyyət dövrümüz ərzində bütün növ tərcümə xidmətləri - 80 dil və 1500-dən artıq dil cütlüyü üzrə yazılı tərcümə (bütün spesifikasiyalar üzrə - texniki, hüquqi, iqtisadi, tibbi, akademik, maliyyə, reklam, bədii, satış, kinematoqrafiya və marketinq xarakterli), şifahi tərcümə (ardıcıl, sinxron, pıçıltılı tərcümə və s.), tərcümədən sonrakı ekspert rəyi, kopiraytinq, redaktə, korrektə, masaüstü nəşriyyat (desktop publishing), akademik işlərin həm yazılması, həm də tərcüməsi, sinxron tərcümə avadanlıqlarının icarəsi, işarə dilinin tərcüməsi və multimedia sənədlərinin tərcüməsi (əsasən kinematoqrafik sahədə) kimi xidmətlər üzrə yüksək peşəkarlıq və səriştəlilik baxımından hər zaman uğurlu nəticələr əldə etmişik.

Əməkdaşlıq etdiyimiz şirkətlər.

Niyə Biz?

Niyə Biz?

Hazırkı böyük, rəqabətli bazarda fəaliyyətə başladığımız gündən bəri ardıcıl və çoxsaylı uğur və nailiyyətlərimizi peşəkar komandamıza və bizə dəstək olan Sizlərə borcluyuq! Tərcümə xidmətlərində sərhəd tanımayan şirkətimiz digər şirkətlərdən fərqli olaraq:

  • • Sənədlərinizi birbaşa ofisinizdən təhvil alıb xidmətlər həyata keçirildikdən sonra yenidən ofisinizə çatdırır (əlavə ödəniş olmadan).

  • • PowerPoint, Word, Excel, Trados, Wordfast, SDLX, Catalyst, Passolo, Multilizer, Across, Trados Studio, Transit, Trados Workbench, Trados Multiterm 7.0, Déjà Vu, Team Edition, Corel Catalyst, AutoCAD, ArchiCAD, Lotus, 3D Max Proqramlarında Təqdim Edilmiş Sənədlərin Tərcüməsini həyata keçirir.

  • • IDW (Autodesk Inventor), DWG (AutoCAD), DXF (Autodesk interchange format) kimi formatlı sənədlərin tərcüməsini həyata keçirir.

  • • Ali təhsil müəssisələrimizdə tədrisi həyata keçirilməyən dillərin – özbək, alban, türkmən, urdu, maori, qazax, ləzgi, ivrit, katalan, danimarka, indoneziya, tay, hindi kimi təxminən 80 dil və 1500-ə yaxın dil cütünün tərcümələrini həyata keçirir.
  • Bizimlə Əlaqə

    Düşüncələriniz bizim üçün önəmlidir.

    7/24 xidmətinizdəyik.