Ardıcıl tərcümədə dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1-5 dəqiqədən bir(hər paraqrafın və ya fikrin sonunda) fasilə verir,mətnin tərcüməsi üçün şərait yaradır.
Şifahi tərcümənin iki formasından biri də sinxron tərcümədir ki, bu da məxəz nitqlə eyni vaxtda həyata keçirilir. Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir.
Pıçıltılı tərcümə növündən adətən tədbirlərdə hədəf dildə danışan xarici nümayəndələrin sayının az olduğu hallarda istifadə edilir. Pıçıltılı tərcümə zamanı dilmanc xarici nümayəndənin yanında oturub eşitdiklərini onun qulağına elə tərzdə pıçıldayır ki, tərcüməni yalnız ehtiyacı olan bu şəxs eşidir, digər nümayəndələrə isə maneçilik törətmir.
“İşarə dili” dedikdə eşitmə qüsuru olan adamların ünsiyyət vasitəsi kimi istifadə etdiyi jest, mimika və əl-qol-bədən hərəkətlərindən ibarət işarə sistemi nəzərdə tutulur. Bu işarələr həm eşitmə qüsuru olan adamlar arasında, həm də onlarla ünsiyyətdə olan normal eşitmə qabiliyyəti olan insanlar arasında işlənir.
Global Translations MMC olaraq 4 illik fəaliyyət dövrümüz ərzində bütün növ tərcümə xidmətləri - 80 dil və 1500-dən artıq dil cütlüyü üzrə yazılı tərcümə (bütün spesifikasiyalar üzrə - texniki, hüquqi, iqtisadi, tibbi, akademik, maliyyə, reklam, bədii, satış, kinematoqrafiya və marketinq xarakterli), şifahi tərcümə (ardıcıl, sinxron, pıçıltılı tərcümə və s.), tərcümədən sonrakı ekspert rəyi, kopiraytinq, redaktə, korrektə, masaüstü nəşriyyat (desktop publishing), akademik işlərin həm yazılması, həm də tərcüməsi, sinxron tərcümə avadanlıqlarının icarəsi, işarə dilinin tərcüməsi və multimedia sənədlərinin tərcüməsi (əsasən kinematoqrafik sahədə) kimi xidmətlər üzrə yüksək peşəkarlıq və səriştəlilik baxımından hər zaman uğurlu nəticələr əldə etmişik.
Bir çox beynəlxalq layihələrdə tender qalibi olaraq ABŞ-ın Çikaqo Universitetinin "Families Together" adlı 357 səhifəlik sənədini üç dilə tərcümə etmiş, müxtəlif dillərdən sənədlərin dünyada nadir dillərdən biri sayılan və xalqlar tərəfindən assimilyasiya olunduqdan sonra ölmək təhlükəsi olan Maori və Negidal kimi dillərə tərcüməsini həyata keçirmiş, bu sifarişləri məhz Misir və İngiltərədən qəbul etdikdən sonra, dünya üzrə bəzi ekzotik dilləri tərcümə edə bilən dörd şirkətdən biri seçilmiş, IDW (Autodesk Inventor), DWG (AutoCAD), DXF (Autodesk interchange format) kimi formatlı sənədlərin tərcüməsini həm yerli, həm də beynəlxalq müstəvidə tərcümə etmişik - ən son təhvil verdiyimiz sifariş isə öz ölkəmizdə fəaliyyət göstərən şirkətlərdən biri olan Socar Polimer MMC-ə məxsus AutoCAD formatlı sənədlər olsa da, biz bu sifarişi Hindistandakı bir tərcümə şirkətindən qəbul etmiş və keyfiyyətlə təhvil vermişik. Tərəfdaşlıq və əməkdaşlıq etdiyimiz şirkətlərlə Məxfilik və ya Konfidensiallıqla bağlı müqavilə imzalayaraq, onlarda əminlik yaradır və məlumatların üçüncü şəxslərə ötürülməsi riskini aradan qaldırır, o cümlədən, “Trados SDL Studio”, “WordFast”, “MemoQ”, “DejaVu”, “Transit”, “MetaTexis”, “Omega” kimi Tərcümə Yaddaş Alətlərindən istifadə edirik. Və hazırda “SOCAR”, “Gilan Holding”, “Softline International”, “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi”, “TWI”, "Arterium", “NB group”, “PWT”, “Nexia”, “Safe Life”, “New Baku Hotel”, “Ante Technologies”, “Danone”, “PDMS”, “TLS contact”, “BQS service”, “Goygol Winery”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”, “Rich Pharma”, “Baku Roofing Company”, “Larson Logistics”, “Toyota”, New Media”, “Nobel Oil”, “Prokon”, “TLS Contact”, “Heyder Aliyev adina Neft Emali Zavodu”, “Vizam.az”, “PwC”, “Tecnicas Reunidas”, “Retail Group”, “Inpress.az”, “Reliable Future Youth NGO”, “Social Work Public Union”, “PDMS-Group”, “Pentagon” və 100-dən çox şirkətlə əməkdaşlıq edirik və onların tərcümələrini keyfiyyətli şəkildə təhvil veririk.
Hazırkı böyük, rəqabətli bazarda fəaliyyətə başladığımız gündən bəri ardıcıl və çoxsaylı uğur və nailiyyətlərimizi peşəkar komandamıza və bizə dəstək olan Sizlərə borcluyuq!
Tərcümə xidmətlərində sərhəd tanımayan şirkətimiz digər şirkətlərdən fərqli olaraq:
Düşüncələriniz bizim üçün önəmlidir.